Bu proqram nədir?
ConsultsPlus Sistemli Biznes biznesi sahibkardan asılı idarəetmədən sistemli idarəetməyə keçirən 90–180 günlük transformasiya proqramıdır. Diaqnostikadan sonra 8 idarəetmə sistemi biznesinizdə qurulur, tətbiq olunur və A → B göstəriciləri ilə ölçülür.
Proqram kimlər üçündür?
Biznesi böyüyüb, amma idarəetmə sistemi eyni sürətlə inkişaf etməyən kiçik və orta biznes sahibləri üçün. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün qanuni bizneslər qoşula bilər.
Gündə nə qədər vaxt ayırmalıyam?
Video təlimatların ümumi həcmi təxminən 12 saatdır. Əsas vaxt praktiki tətbiqə gedir və bu işi tək siz yox, təyin etdiyiniz rəhbərlər də aparır. Həftəlik iş yükü biznesin ölçüsündən asılıdır və diaqnostikadan sonra konsultasiyada birlikdə planlanır.
Komandam da iştirak edəcək?
Bəli. Sistemlər komanda üzərində qurulur: struktur, vəzifə təlimatları, proseslər və KPI rəhbərlərinizlə birlikdə tətbiq olunur. Premium paketində komanda rəhbərləri ilə ayrıca strateji sessiyalar keçirilir.
90–180 gün nə ilə müəyyən olunur?
Biznesinizin ölçüsü, diaqnostikada çıxan A nöqtəsi, seçdiyiniz paket və tətbiq tempi ilə. Kiçik və tez qərar verən komandalar daha qısa, çox şöbəli şirkətlər daha uzun müddətə keçir.
Biznes Analitik konkret nə edir?
Praktiki tətbiqlərinizi yoxlayır, struktur, proses və KPI sənədlərinizə geribildirim verir, yol xəritəsini biznesinizə uyğunlaşdırır və aylıq Business Review keçirir. Son təsdiqdən sonra mərhələ tamamlanmış sayılır.
Start və Pro arasındakı əsas fərq nədir?
Start-da metodologiya, video təlimatlar və şablonlarla sistemi öz komandanızla qurursunuz. Pro-da 1 Biznes Analitik hər praktiki tətbiqi yoxlayır, geribildirim verir və sistemi sizinlə birlikdə qurur.
Artıq strukturum varsa, proqram mənə uyğundurmu?
Bəli. Diaqnostika hansı sistemlərin işlədiyini və harada boşluq qaldığını göstərir; proqram yalnız boşluqlara fokuslanır. EXECUTIVE paketində mövcud struktur, proses və KPI sistemi ayrıca audit olunur.
Proqram bitəndən sonra dəstək varmı?
Dəstək müddəti bitəndən sonra Şəxsi Kabinetə, video təlimatlara və tətbiq materiallarına 18 ay giriş qalır. Növbəti mərhələ üçün paketi uzatmaq da mümkündür.
Proqram necə həyata keçirilir?
Onlayn, oflayn və ya qarışıq formatda; qrup və fərdi yanaşma ilə. Video təlimatlar Şəxsi Kabinetdə, görüşlər Zoom-da və ya ofisdə keçirilir.
Qiymət necə hesablanır?
Göstərilən məbləğlər aylıq baza qiymətləridir: Start 1 270 AZN-dən, Pro 2 540 AZN-dən, Premium 5 350 AZN-dən. Yekun qiymət hər biznes üçün fərdi müəyyən olunur: əvvəlcə ödənişsiz ekspress diaqnostikadan keçirsiniz, sonra komandamız sizinlə qısa müsahibə aparır və qiymət təklifi bunun əsasında hazırlanır.