Araşdırmalarımız göstərir ki, hər bir uğurlu qlobal şirkətdə idarəetmənin əsasında Sistemli idarəetmə dayanır. Bu sistemin tətbiqində sizə dəstək olmaqla şirkətinizi yeni mərhələyə dayışacağımızdan əminik.
“Biznes PowerBank” şirkətinizi 4 mərhələdə şarj edir!Biznes rəhbərinin gücləndirilməsi
Biznes əməliyyat sisteminin tətbiqi
Risk əsaslı yanaşmanın tətbiqi
Reqlament, qayda və prosedurlar
“Biznes PowerBank” biznesinizi gücləndirəcək iki vacib elementdir.. Biznes Əməliyyat Sistemi (BƏS) və Risklərin İdarə Edilməsi sistemi
Biznes Əməliyyat Sistemi (BƏS) - Şirkəti effektiv idarə etməyə, rəqabətli olmağa, gəlirli böyüməyə kömək edən proseslərin məcmusudur. Bu sistemin tətbiqi şirkətə mövcud resusrları düzgün idarə etməyə, hədəflərini müəyyən etməyə, starteji məqsədlərinə çatmağa kömək edir.
Risklərin İdarə Edilməsi sistemi - biznesi, daxili və ya xarici təsirlərdən qoruyaraq dayanıqlı artımı təmin edən riskləri nəzarətdə saxlamağa kömək edən sistemdir. “Biznes Powerbank”ın
Biznes PowerBank nə zaman lazımdır?Adətən biznes sahibləri başlanğıc mərhələlərdə şirkətlərini öz bacarıq, dayanmadan çalışma, əlaqə və s. resursları hesabına bəlli həddə kimi böyüdə bilirlər. Bu dövr ərzində şirkət artım tempi nümayiş etdirməklə yanaşı həm də gəlir generasiya etməyə başlayır. Bununla belə, təəssüf ki, bir çox hallarda mövcud imkanlar və tətbiq olunan alətlər zaman-zaman effektivliyini itirməyə başlayır. Şirkət sahibi çalışmasının günü-gündən artığını amma biznesin buna adekvat böyümədiyini və bəzən də kiçildiyini müşahidə edir. Bu vəziyyətin fərqinə varmadıqda və adekvat çıxış yolu axtarmadıqda sahibkar iş yükünün altında boğularaq biznesinin işçisinə çevirilir. Hər hansı bir risklərlə qarşılaşdıqda üzləşdiyi zərər onu daha da geri aparmış olur. Belə olduqda qarşıya qoyulan hədəflər, strategiya isə tam olaraq unudurlur. Bu mərhələdə biznesə yenidən təkan verməyə, idarəetməni optimallaşdırmağa xüsusi ehtiyac yaranır.
Bu mənada “Biznes PowerBank” bir həddən sonra organik böyüyə bilməyən bizneslər üçün üçün effektiv çıxış yoludur. Şirkətinizi “Biznes PowerBank”a qoşmaqla yeni mərhələyə keçid edib, sürətli və effektiv böyüməyə başlayacaqsınız. Bu sistemə qoşulmaq sahibkarı öz biznesində işçi olmaqdan xilas edir və yenidən rəhbər vəzifəsinə qaytarır. Biznes sahibi cəlb etdiyi işçiləri effektiv idarə edərək, şirkətə xərc deyil əlavə dəyər qatmalarını təmin edir. Şirkətdə olan problemləri yalnız biznes sahibi deyil, işçilər də düşünməyə başlayır.
Bundan əlavə “Biznes PowerBank”ın ayrılmaz tərkib hissəsi olan Risklərin idarə edilməsi sistemi biznesləri daha da dayanlıqlı edir. Belə ki, sahibkar öz biznesində baş verə biləcək mümkün riskləri tanımağa başlayır, onların ölçülməsi, idarə olunması istiqamətində qabaqcadan tədbirlər görür. Bu da biznesin mümkün bohranlar, gözlənilməz insidentlər zamanı daha da dayanıqlı edir
Bakı şəhəri, Əliyar Əliyev, 161D, AZ1015